Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq 0,3% yüksəlib
# 28 iyun 2010 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 145 bəndədək enib, S&P 500 0,3% - 1 077 bəndədək, Nasdaq 0,3% - 2 223 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi əsasən maliyyə şirkətlərin səhmləri üzrə müşahidə olunub.

Avropa fond bazarlarında iyunun 25-də FTSE 100 indeksi 1,1% - 5 047 bəndədək, Fransa CAC-40-ı 1% - 3 520 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 071 bəndədək enib.

İyunun 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 256,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2285 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR