Bank Of Baku

Dünyanın ən böyük qızıl sikkəsi 3,27 mln. avroya satılıb

Dünyanın ən böyük qızıl sikkəsi 3,27 mln. avroya satılıb
# 28 iyun 2010 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avstriyada keçirilmiş hərracda dünyanın ən böyük qızıl sikkəsi 3,27 mln. avroya satılıb.

APA-Economics”in “Associated Press” agentliyinə istinadən məlumatına görə, üzərində II Yelizaveta kraliçasının profili olan sikkənin diametri 53 santimetr, çəkisi isə 100 kiloqram təşkil edir.

Qeyd edək ki, sikkənin nominal qiyməti 780 min avro olsa da, dünya bazarında qızılın qiymətinin yüksək olması ilə əlaqədar sikkənin qiyməti də müvafiq olaraq yüksəlib. Hazırda qızılın 1 unsiyasının qiyməti 1 256 dollara bərabərdir ki, nəticədə 100 kq qızıl təxminən 4,145 mln. dollar və ya 3,3 mln. avro təşkil etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR