Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,1% enib
# 29 iyun 2010 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 139 bəndədək, S&P 500 0,2% - 1 075 bəndədək, Nasdaq 0,1% - 2 221 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əsas səbəb kimi G-20 ölkələrinin dövlət başçılarının büdcə kəsirlərinin azaldılması barədə qəbul etdiyi qərarların dünya iqtisadiyyatının bərpasına mənfi təsir edəcəyi barədə ehtimalları qeyd etmək olar.

Avropa fond bazarlarında iyunun 28-də FTSE 100 indeksi 0,5% - 5 072 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 577 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 157 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 1,5%, «Lloyds Banking Group»un səhmləri 2,2%, «BNP Paribas»ın səhmləri 3,6%, «Societe Generale»in səhmləri 1%, «Credit Agricole»un səhmləri 0,3%, «Deutsche Bank»ın səhmləri 1,9%, «Banco Santander»in səhmləri 2,1% bahalaşıb.
İyunun 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 238,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2264 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR