Bank Of Baku

Dow Jones indeksi 2,7%, S&P 500 3,1%, Nasdaq 3,9% enib

Dow Jones indeksi 2,7%, S&P 500 3,1%, Nasdaq 3,9% enib
# 30 iyun 2010 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 29-da Amerika fond bazarında Dow Jones indeksi 2,7% - 9 870 bəndədək, S&P 500 3,1% - 1 041 bəndədək, Nasdaq 3,9% - 2 135 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında «Bank of America»nın səhmləri 4,4%, «Morgan Stanley»in səhmləri 4,8%, «J.P.Morgan Chase»in səhmləri 3,9%, «Citigroup»un səhmləri 6,8%, «ExxonMobil»in səhmləri 1,9%, «Chevron»un səhmləri 2,2%, «Alcoa»nın səhmləri 6,3%, «Boeing»in səhmləri 6,3%, «General Electric»in səhmləri 3,4% ucuzlaşıb.
Avropa fond bazarlarında iyunun 29-da FTSE 100 indeksi 3,1% - 4 914 bəndədək, Fransa CAC-40-ı 4% - 3 433 bəndədək, Almaniya DAX-ı 3,3% - 5 952 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən maliyyə sektorunda və dağ-mədən şirkətlərin səhmləri üzrə müşahidə olunub.
İyunun 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 242,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2216 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR