Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 1%, S&P 500 1%, Nasdaq 1,2% enib
# 01 iyul 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 30-da Amerika fond bazarında Dow Jones indeksi 1% - 9 774 bəndədək, S&P 500 1% - 1 031 bəndədək, Nasdaq 1,2% - 2 109 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər, o cümlədən məşğulluq bazarı barədə mənfi məlumatlar təsir edib.
Avropa fond bazarlarında iyunun 30-da FTSE 100 indeksi 0,1% - 4 917 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 443 bəndədək, Almaniya DAX-ı 0,2% - 5 966 bəndədək yüksəlib. Avropa bazarlarına əsasən korporativ xəbərlər təsir edərək, indekslərin bir qədər yüksəlməsinə səbəb olub.
İyunun 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 245,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2208 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR