Bank Of Baku

Gələn həftə Azərbaycanda dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Gələn həftə Azərbaycanda dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 01 iyul 2010 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyulun 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üçulu ilə BFB vasitəsilə keçiriləcək və istiqrazlar 103,4555% qiymətilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, AİF-in istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevral ayının 1-də başlanılıb və bu günə kimi 38 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiyası tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR