Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,4% enib
# 02 iyul 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9 732 bəndədək, S&P 500 0,3% - 1 027 bəndədək, Nasdaq 0,4% - 2 101 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında iyulun 1-də FTSE 100 indeksi 2,3% - 4 806 bəndədək, Fransa CAC-40-ı 3% - 3 340 bəndədək, Almaniya DAX-ı 1,8% - 5 857 bəndədək enib. Avropa bazarlarında «Barclays»ın səhmləri 5,6%, «Lloyds Banking Group»un səhmləri 2,8%, HSBC-nin səhmləri 2,6%, «Royal Bank of Scotland»ın səhmləri 4,7%, «Societe Generale»in səhmləri 4,7%, «BNP Paribas»ın səhmləri 2,9%, «BHP Billiton»un səhmləri 1,4%, «Rio Tinto»nun səhmləri 2,2%, «Anglo American»ın səhmləri 3,4%, «Xstrata»nın səhmləri 4,6% ucuzlaşıb.
İyulun 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 3,1% azalaraq 1 206,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2513 (+2,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR