Bank Of Baku

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 5 mln. manatlıq istiqrazları yerləşdirilib
# 05 iyul 2010 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 3 investor tərəfindən təqdim olunub.

Sifarişlərin nominal üzrə ümumi məbləği 6,086 mln. manat təşkil edib. Sifarişlər 100,4555% qiymətdə təqdim olunub. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bu günə kimi 43 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR