Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,1% yüksəlib
# 07 iyul 2010 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyulun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 9 743 bəndədək, S&P 500 0,5% - 1 028 bəndədək, Nasdaq 0,1% - 2 093 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyulun 6-da FTSE 100 indeksi 2,9% artaraq 4 965 bəndədək, Fransa CAC-40-ı 2,7% artaraq 3 423 bəndədək, Almaniya DAX-ı 2,15% artaraq 5 940 bəndədək artıb. Avropa bazarlarında “Barclays”ın səhmləri 5,94%, “Lloyds Banking Group”un səhmləri 4%, “BNP Paribas”ın səhmləri 4,23%, “Rio Tinto”nun səhmləri 5,87%, “Xstrata”nın səhmləri 6,44% bahalaşıb.

İyulun 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% azalaraq 1 195,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2584 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR