Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib
# 09 iyul 2010 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyulun 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 139 bəndədək, S&P 500 0,9% - 1 070 bəndədək, Nasdaq 0,7% - 2 101 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyulun 8-də FTSE 100 indeksi 1,8% - 5 105 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 538 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 035 bəndədək yüksəlib. Avropa bazarlarında “Barclays”ın səhmləri 3,6%, “Lloyds Banking Group”un səhmləri 4,3%, “Societe Generale”in səhmləri 3,2%, “BNP Paribas”ın səhmləri 3,3% bahalaşıb.

İyulun 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 196,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2683 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR