Bank Of Baku

BFB-da 10204726S seriyalı 4 517,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10204726S seriyalı 4 517,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 09 iyul 2010 15:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10204726S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 4 517 200 manat təşkil edib. Sifarişlər 99,67% (gəlirlik 1,33%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,67% (gəlirlik 1,33%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 517,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin oktyabrın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR