Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib
# 12 iyul 2010 07:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyulun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,58% - 10 197 bəndədək, S&P 500 0,72% - 1 078 bəndədək, Nasdaq 0,97% - 2 196 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyulun 9-da FTSE 100 indeksi 0,54% - 5 132,94 bəndədək, Fransa CAC-40-ı 0,46% - 3 554,48 bəndədək, Almaniya DAX-ı 0,49% - 6 065,24 bəndədək yüksəlib. Avropa bazarlarında “HSBC”nin səhmləri 0,63%, “BHP Billiton”un səhmləri 1,84%, “Rio Tinto”nun səhmləri 3,22%, “Anglo American”ın səhmləri 0,41%, “Xstrata”nın səhmləri 0,81% bahalaşıb.

İyulun 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 209,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2599 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR