Bank Of Baku

İyulun 28-dən «Bank SilkWay» səhmlərinin yerləşdirilməsinə başlayacaq

İyulun 28-dən «Bank SilkWay» səhmlərinin yerləşdirilməsinə başlayacaq
# 19 iyul 2010 16:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyulun 28-dən etibarən Bakı Fond Birjasında (BFB) «Bank SilkWay» ASC-nin dövlət qeydiyyatına alınmış adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 111 manat, sayı 90 min ədəd, emissiyanın ümumi həcmi isə 9,99 mln. manat təşkil edir.

Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 50% artaraq 29,99 mln. manata çatacaq.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir.

Bu ilin aprel ayının 1-nə Bankın aktivlərinin həcmi 46,179 mln. manat, depozit portfeli 8,292 mln. manat, kredit portfeli 30,680 mln. manat, məcmu kapitalı 23,167 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR