Bank Of Baku

Dow Jones indeksi 0,56%, Nasdaq 0,88%, S&P 500 isə 0,6% yüksəlib

Dow Jones indeksi 0,56%, Nasdaq 0,88%, S&P 500 isə 0,6% yüksəlib
# 20 iyul 2010 06:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyulun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 154 bəndədək, Nasdaq 0,9% - 2 198 bəndədək, S&P 500 isə 0,6% - 1 071 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyulun 19-da FTSE 100 indeksi 0,2% - 5 148 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 486 bəndədək, Almaniya DAX-ı isə 0,52% - 6 009 bəndədək enib. Avropa bazarlarında «Barclays»ın səhmləri 0,23%, “HSBC”nin səhmləri 0,24%, “BNP Paribas”ın səhmləri 0,17%, “Rio Tinto”nun səhmləri 1,45%, %, “BHP Billiton”un səhmləri 0,28%, “Anglo American”ın səhmləri 0,62%, “Xstrata”nın səhmləri 1,06% bahalaşdığı halda “Lloyds Banking Group”un səhmləri 0,57%, “Royal Bank of Scotland”ın səhmləri 0,34%, “Societe Generale”in səhmləri 0,69% ucuzlaşıb.

İyulun 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 181,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2972 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR