Bank Of Baku

Dow Jones indeksi 0,75%, S&P 500 1,14%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 0,75%, S&P 500 1,14%, Nasdaq isə 1,1% yüksəlib
# 21 iyul 2010 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyulun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,75% - 10 230 bəndədək, S&P 500 indeksi 1,14% - 1 083 bəndədək, Nasdaq indeksi isə 1,1% - 2 222 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyulun 20-də FTSE 100 indeksi 0,17% - 5 139 bəndədək, Fransa CAC-40-ı 0,53% - 3 468 bəndədək, Almaniya DAX-ı isə 0,69% - 5 967 bəndədək enib.

Avropa bazarlarında «Barclays»ın səhmləri 2,3%, «Societe Generale»nin səhmləri 2,9% ucuzlaşıb, “Rio Tinto”nun səhmləri 4,08%, “BHP Billiton”un səhmləri 1,05%, “Anglo American”ın səhmləri 1,02%, “Xstrata”nın səhmləri isə 3,67% bahalaşıb.

İyulun 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 191,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2875 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR