Bank Of Baku

AGBI indeksi 0,9740, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0003 təşkil edib

AGBI indeksi 0,9740, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0003 təşkil edib
# 26 iyul 2010 08:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0261 bənd və ya 2,6% azalaraq iyul ayının 26-na 0,9740 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 olub.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0002 bənd və ya 0,02% artaraq 1,0003 təşkil edib.

AGBI indeksin azalması iyulun 23-də 4,039 mln. manat həcmində olan dövlət istiqrazların bir buraxılışın dövriyyədən çıxarılması nəticəsində baş verib. AMFBI indeksin artması isə gündəlik korrektə çərçivəsində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR