Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi keçirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi keçirilib
# 26 iyul 2010 13:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, sifarişlər 3 investor tərəfindən təqdim olunub.

Sifarişlərin ümumi məbləği nominal üzrə 3 085 000 (faktiki 3 197 152,09 ) manat təşkil edib. Sifarişlər 103,6354% qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 000 000 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 2019-cu ilin dekabrın 11-dir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu ilin dekabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3,25% təşkil edir.

Bu istiqrazların yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bugünkü yerləşdirmədən sonra emissiyanın 49 mln. manatlıq hissəsi artıq yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR