Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq 1,2% yüksəlib
# 27 iyul 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 26-da Amerika fond bazarında Dow Jones indeksi 1% - 10 525 bəndədək, S&P 500 1,1% - 1 115 bəndədək, Nasdaq 1,2% - 2 296 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropada keçirilmiş stress-testlərə bankların müsbət reaksiya verməsi ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə təsiri ardıcıl iki gün davam edir.
Həmin amil Avropa fond bazarlarına da müsbət təsir edib. Nəticədə, iyulun 26-da FTSE 100 indeksi 0,7% - 5 351 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 636 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 194 bəndədək yüksəlib.
İyulun 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% artaraq 1 188 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2996 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR