Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,4% enib
# 28 iyul 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 538 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 114 bəndədək, Nasdaq isə 0,4% - 2 288 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra zəif makroiqtisadi hesabatlar və korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında iyulun 27-də FTSE 100 indeksi 0,3% - 5 366 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 666 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 207 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 7,6%, «Lloyds Banking Group»un səhmləri 8,8%, «Royal Bank of Scotland»ın səhmləri 7,9%, HSBC-nin səhmləri 2,6%, «Societe Generale»in səhmləri 10,6%, «BNP Paribas»ın səhmləri 5,5%, «Credit Agricole»un səhmləri 10,1%, «Commerzbank»ın səhmləri 4,8%, «Deutsche Bank»ın səhmləri 4,5% bahalaşıb.
İyulun 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% azalaraq 1 158 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2999 (+0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR