Bank Of Baku

AGBI indeksi 1,0060, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0060, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 28 iyul 2010 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0059 bənd və ya 0,6% artaraq iyul ayının 28-nə 1,0060 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0293 bənd və ya 2,9% azalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması iyulun 27-də 0,9 mln. manat həcmində dövlət istiqrazlarının yerləşdirilməsi nəticəsində baş verib. AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR