Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,7482, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,7482, AMFBI indeksi 1,0001 təşkil edib
# 29 iyul 2010 06:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0059 bənd və ya 0,6% azalaraq iyul ayının 29-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2518 bənd və ya 25,2% azalaraq 0,7482 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

İyulun 28-də 6 mln. manatlıq not buraxılışı dövriyyədən çıxarılıb və 1,973 mln. manatlıq bir emissiya yerləşdirilib ki, nəticədə bazar kapitallaşmasının azalması ACBDI indeksinin düşməsinə səbəb olub.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR