Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,6% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,6% enib
# 30 iyul 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 467 bəndədək, S&P 500 0,4% - 1 102 bəndədək, Nasdaq isə 0,6% - 2 252 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi makroiqtisadi göstəricilər və korporativ xəbərlərin təsiri altında baş verib. Bazara ilk növbədə ölkənin məşğulluq bazarı barədə məlumatlar təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı əvvəlki həftə ilə müqayisədə 11 min azalaraq 457 minə çatıb. Azalma dinamikası müsbət göstərici olsa da, həftəlik müraciətlərin sayının 450-470 min diapazonda qalması əmək bazarında hələ də durğunluğun olduğunu əks etdirir.
Avropa fond bazarlarında iyulun 29-da FTSE 100 indeksi 0,1% - 5 314 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 652 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 135 bəndədək enib.
İyulun 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 168,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3056 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR