Bank Of Baku

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,01%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,01%, Nasdaq isə 0,1% yüksəlib
# 02 avqust 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 10 466 bəndədək enib, S&P 500 0,01% - 1 102 bəndədək, Nasdaq isə 0,1% - 2 255 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında iyulun 30-da FTSE 100 indeksi 1% - 5 258 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 643 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 6 148 bəndədək yüksəlib.
İyulun 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 183,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3075 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR