Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 2,2%, Nasdaq isə 1,8% yüksəlib

Dow Jones indeksi 2%, S&P 500 2,2%, Nasdaq isə 1,8% yüksəlib
# 03 avqust 2010 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 2-də Amerika fond bazarında Dow Jones indeksi 2% - 10 674 bəndədək, S&P 500 2,2% - 1 126 bəndədək, Nasdaq isə 1,8% - 2 295 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə ilk növbədə Federal Ehtiyat Sisteminin başçısının məruzəsi təsir edib. Belə ki, Ben Bernanke bəyan edib ki, ABŞ iqtisadiyyatı hələ də tam bərpa olunmayıb və bu səbəbdən FES aşağı faiz dərəcələrinin saxlanması və digər tədbirlər vasitəsi ilə iqtisadiyyatın dəstəklənməsini davam etdirəcək.
Avropa fond bazarlarında avqustun 2-də FTSE 100 indeksi 2,7% - 5 397 bəndədək, Fransa CAC-40-ı 3% - 3 752 bəndədək, Almaniya DAX-ı 2,3% - 6 292 bəndədək yüksəlib.
Avqustun 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 185,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3170 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR