Bank Of Baku

Azərbaycan İpoteka Fondunun AZ200200868 seriyalı istiqrazları üzrə ilk faiz ödənişi aparılıb

Azərbaycan İpoteka Fondunun AZ200200868 seriyalı istiqrazları üzrə ilk faiz ödənişi aparılıb
# 03 avqust 2010 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun AZ200200868 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə 2010-cu ilin avqustun 2-də ilk faiz ödənişi həyata keçirilib. Bu barədə «APA-Economics»ə Fondun mətbuat xidmətindən məlumat verilib.
Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ilin dekabr ayının 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3,25%-ə bərabərdir. İstiqrazların ödənmə tarixi – 2019-cu ilin dekabrın 11-dir.
İstiqrazların yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bu günədək 49 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR