Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,5% enib
# 04 avqust 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 636 bəndədək, S&P 500 0,5% - 1 120 bəndədək, Nasdaq 0,5% - 2 284 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında avqustun 3-də satış əməliyyatları üstünlük edib ki, nəticədə kotirovkaların enməsi baş verib. Kütləvi satışa isə əsasən iki amil səbəb olub. İlk növbədə bir sıra investorlar mənfəət əldə etmək qərarına gəlib. Bundan başqa, əhalinin gəlirləri və istehlak xərclərinin iyun ayında artmaması kimi zəif makroiqtisadi göstəricilər nəticəsində investorlar arasında ABŞ iqtisadiyyatında durğunluğun başlaması barədə fikirlər güclənib.
Həmin amillər Avropa bazarlarına da təsir edib. Nəticədə, Avropa fond bazarlarında avqustun 3-də FTSE 100 indeksi 0,01% - 5 396 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 748 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 6 308 bəndədək yüksəlib.
Avqustun 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 187,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3209 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR