Bank Of Baku

AGBI indeksi 0,9802, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9802, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 04 avqust 2010 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0199 bənd və ya 2% azalaraq avqust ayının 4-nə 0,9802 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalmasının səbəbi avqustun 3-də 3 mln. manat həcmində olan dövlət istiqrazlarının bir buraxılışının ödənilərək dövriyyədən çıxarılması nəticəsində baş verən bazar kapitallaşmasının azalması olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR