Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib
# 04 avqust 2010 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103025S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan « APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 13 300 200 manat təşkil edib. Sifarişlər 99,9226% (gəlirlik 1,00%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymət 99,9226% (gəlirlik 1,00%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib, o cümlədən 800,2 min manat həcmində qeyri-rəqabətli sifarişlər.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin sentyabrın 1-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR