Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,9% yüksəlib
# 05 avqust 2010 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 680 bəndədək, S&P 500 0,6% - 1 127 bəndədək, Nasdaq 0,9% - 2 304 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsas səbəb kimi bir sıra proqnozlardan daha müsbət olan makroiqtisadi göstəricilər olub. Məsələn, məlum olub ki, iyul ayında ölkənin özəl sektorunda iş yerlərinin sayı 42 min artıb, halbuki bu göstərici 39 min səviyyəsində proqnozlaşdırılırdı. Bundan başqa, xidmətlər sahəsində işgüzarlıq fəallığı indeksi iyulda 0,5 bənd artaraq 54,3 bəndə çatıb. İqtisadçılar bu göstəricinin 53 bəndədək enəcəyini gözləyirdilər.
Həmin amillər Avropa bazarlarına da təsir edib. Nəticədə, Avropa fond bazarlarında avqustun 4-də FTSE 100 indeksi 0,2% - 5 386 bəndədək enib, Fransa CAC-40-ı 0,4% - 3 761 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 331 bəndədək yüksəlib.
Avqustun 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 195,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3150 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR