Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi başlanır

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi başlanır
# 05 avqust 2010 14:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac 2010-cu ilin avqust ayının 9-da Bakı Fond Birjasında (BFB) keçiriləcək. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar nominala qarşı 102,1293% qiymətlə satışa çıxarılacaq.

Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən ötən ilin dekabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3,25%-ə bərabərdir. İstiqrazların ödənmə tarixi 2019-cu ilin dekabrın 11-dir.

İstiqrazların yerləşdirilməsi cari ilin fevralın 1-də başlanılıb və bu günədək 49 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR