Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,5% enib
# 06 avqust 2010 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 675 bəndədək, S&P 500 0,1% - 1 126 bəndədək, Nasdaq 0,5% - 2 293 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əsas səbəb ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının artması barədə məlumatlar olub.
Avropa fond bazarlarında avqustun 5-də FTSE 100 indeksi 0,4% - 5 366 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 764 bəndədək, Almaniya DAX-ı 0,01% - 6 334 bəndədək yüksəlib. Avropa bazarlarında «Credit Suisse»in səhmləri 1,4%, «Banco Santander»in səhmləri 0,3%, «Credit Agricole»un səhmləri 1,1%, «Lloyds»un səhmləri 2,1% bahalaşıb, «Barclays»ın səhmləri isə 4,7% ucuzlaşıb.
Avqustun 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 199,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3192 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR