Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,2% enib
# 09 avqust 2010 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 653 bəndədək, S&P 500 0,4% - 1 122 bəndədək, Nasdaq 0,2% - 2 288 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əsas səbəb kimi ölkə iqtisadiyyatında iş yerlərin azalması və işsizlik səviyyəsinin 9,5%-ə bərabər olmasını qeyd etmək olar.
Avropa fond bazarlarında avqustun 6-da FTSE 100 indeksi 0,6% - 5 332 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 716 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 260 bəndədək enib. Avropa bazarlarında “Royal Bank of Scotland”ın səhmləri 1,7%, “Lloyds Banking Group”un səhmləri 3%, “HSBC”nin səhmləri 1,1%, “BNP Paribas”ın səhmləri 0,5%, “Credit Agricole”un səhmləri 0,1%, “Deutsche Bank”ın səhmləri 0,8%, “Royal Dutch Shell”in səhmləri 0,6%, “BG Group”un səhmləri 1,5%, “Total”in səhmləri 1,3%, “Eni”nin səhmləri 0,4% ucuzlaşıb.
Avqustun 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 205,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3278 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR