Bank Of Baku

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları hissəsi yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları hissəsi yerləşdirilib
# 09 avqust 2010 14:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sifarişlər 3 investor tərəfindən təqdim olunub və sifarişlərin ümumi məbləği nominal üzrə 5,918 mln. manat (faktiki 6 046 429,59 manat) təşkil edib. Qeyd edək ki, sifarişlər 102,1293% qiymətilə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. Beləliklə, yerləşdirilməsi cari ilin fevralın 1-də başlanıb bu istiqrazları bu günədək yerləşdirilmiş həcmi 54 mln. manata çatıb.
Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ilin dekabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqrazlar üzrə illik gəlirlik 3,25%-ə bərabərdir. İstiqrazların ödəmə tarixi 2019-cu ilin dekabrın 11-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR