Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0477 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0477 təşkil edib
# 10 avqust 2010 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0137 bənd və ya 1,4% azalaraq avqust ayının 10-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0476 bənd və ya 4,8% artaraq 1,0477-ə bərabər olub.

AMFBI indeksinin artması avqustun 9-da 5 mln. manat həcmində ipoteka istiqrazlarının daha bir hissəsinin yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması ilə bağlı olub.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR