Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 10 avqust 2010 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 699 bəndədək, S&P 500 0,6% - 1 128 bəndədək, Nasdaq 0,8% - 2 306 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında son bir neçə gün kotirovkaların enməsi baş verib və avqustun 9-da kotirovkaların yüksəlməsinə əsas səbəb investorların müəyyən qədər ucuzlaşmış səhmlərinin alışının artması olub.
Avropa fond bazarlarında avqustun 9-da FTSE 100 indeksi 1,5% - 5 411 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 777 bəndədək, Almaniya DAX-ı 1,5% - 6 352 bəndədək yüksəlib. Avropa bazarlarında «Royal Dutch Shell»in səhmləri 1,5%, «BG Group»un səhmləri 1,4%, «Total»in səhmləri 2%, «Eni»nin səhmləri 1,5%, BP-nin səhmləri 1,7% bahalaşıb.
Avqustun 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 202,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3156 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR