Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 1,2% enib
# 11 avqust 2010 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 645 bəndədək, S&P 500 0,6% - 1 121 bəndədək, Nasdaq 1,2% - 2 277 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi daha böyük ola bilərdi, lakin gün ərzində Federal Ehtiyat Sistemi tərəfindən iqtisadiyyatın dəstəklənməsinin davam etdirilməsi barədə səsləndirilən bəyanat kotirovkaların dinamikasında müəyyən tarazlıq yaradıb.
Avropa fond bazarlarında avqustun 10-da FTSE 100 indeksi 0,6% - 5 376 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 731 bəndədək, Almaniya DAX-ı 1% - 6 286 bəndədək enib.
Avqustun 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 198 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3053 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR