Bank Of Baku

AGBI indeksi 0,9950, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9950, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 11 avqust 2010 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0051 bənd və ya 0,5% azalaraq avqust ayının 11-nə 0,9950 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0476 bənd və ya 4,5% azalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması avqustun 10-da 2,55 mln. manat həcmində olan dövlət istiqrazlarının bir buraxılışının dövriyyədən çıxarılması və 1,8 mln. manat həcmində olan bir buraxılışın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının azalması ilə bağlı olub.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR