Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,8% enib
# 13 avqust 2010 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 10 320 bəndədək, S&P 500 0,5% - 1 084 bəndədək, Nasdaq 0,8% - 2 190 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi mənfi makroiqtisadi göstərici və xəbərlərlə müşayiət olunub. Buraya Yaponiya və Avropada sənaye istehsalın azalması, Yunanıstanın ÜDM-in azalmasının davamı, ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının artmasını aid etmək olar.
Həmin amillər Avropa fond bazarlarında da dinamikanı formalaşıb. Belə ki, avqustun 12-də FTSE 100 indeksi 0,4% - 5 266 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 621 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 135 bəndədək enib.
Avqustun 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 216,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2858 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR