Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,8% enib
# 16 avqust 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 303 bəndədək, S&P 500 0,4% - 1 079 bəndədək, Nasdaq 0,8% - 2 173 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında investorlar arasında dünya iqtisadiyyatının bərpa templərinin azalması və ABŞ-da deflyasiyanın güclənməsi barədə ehtimallar artıb.
Həmin amillər Avropa fond bazarlarına da təsir edib. Nəticədə, avqustun 16-də FTSE 100 indeksi 0,2% - 5 275 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3 611 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 110 bəndədək enib.
Avqustun 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 216,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2777 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR