Bank Of Baku

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,01%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,01%, Nasdaq 0,4% yüksəlib
# 17 avqust 2010 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 10 302 bəndədək enib, S&P 500 0,01% - 1 079 bəndədək, Nasdaq 0,4% - 2 182 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında investorlar arasında arxayınsızlıq yaranıb və bunun əsas səbəbi kimi Yaponiyanın iqtisadi artımı üzrə göstəricilərin proqnozlardan daha aşağı olmasını qeyd etmək olar. Belə ki, 2010-cu ilin II rübündə Yaponiyada ÜDM-in artımı 0,4% təşkil edib, halbuki analitiklər bu göstəricini 2,3% səviyyəsində proqnozlaşdırırdılar.
Avropa fond bazarlarında avqustun 16-da FTSE 100 indeksi 0,01% - 5 276 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3 598 bəndədək enib, Almaniya DAX-ı 0,01% - 6 111 bəndədək yüksəlib. Avqustun 16-da «Barclays»ın səhmləri 0,4%, HSBC-nin səhmləri 0,3% bahalaşıb, «Royal Bank of Scotland»ın səhmləri 2,2%, «Lloyds Banking Group»un səhmləri 1,2%, «BNP Paribas»ın səhmləri 1,3%, «Societe Generale»in səhmləri 1,1%, «Credit Aricole»un səhmləri 0,3%, «Credit Suisse»in səhmləri 1,9%, «Deutsche Bank»ın səhmləri 1,6%, «Commerzbank»ın səhmləri 0,6% ucuzlaşıb.
Avqustun 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 226,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2837 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR