Bank Of Baku

Bu gün BFB-da 10105726S seriyalı 9 006,3 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10105726S seriyalı 9 006,3 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 avqust 2010 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10105726S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 9 006 300 manat təşkil edib. Sifarişlər 99,89% (gəlirlik 1,15%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,893% (gəlirlik 1,15%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 9 006,3 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin sentyabrın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR