Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,3644, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,3644, AMFBI indeksi 1,0001 təşkil edib
# 19 avqust 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0001 bənd və ya 1,3% azalaraq avqust ayının 19-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,3644 bənd və ya 36,4% artaraq 1,3644 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması avqustun 18-də 4 mln. manat həcmində notların bir buraxılışın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR