Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 19 avqust 2010 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 416 bəndədək, S&P 500 0,2% - 1 094 bəndədək, Nasdaq 0,3% - 2 216 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 18-də ciddi makroiqtisadi və korporativ xəbərlər olmadığından, ABŞ fond bazarında investorlar arasında sakitlik hökm sürüb.
Avropa fond bazarlarında avqustun 18-də FTSE 100 indeksi 0,9% - 5 303 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 648 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 186 bəndədək enib. Avropada BP-nin səhmləri 2,6%, «Royal Dutch Shell»in səhmləri 0,8%, «BG Group»un səhmləri 0,3%, «Total»in səhmləri 0,9%, «Eni»nin səhmləri 0,7%, «Barclays»ın səhmləri 0,7%, HSBC-nin səhmləri 2,2%, «Royal Bank of Scotland»ın səhmləri 0,7%, «Lloyds Banking Group»un səhmləri 0,1%, «BNP Paribas»ın səhmləri 1,3%, «Societe Generale»in səhmləri 1,7%, «Credit Agricole»un səhmləri 0,3%, «Deutsche Bank»ın səhmləri 1%, «Commerzbank»ın səhmləri 0,8% ucuzlaşıb.
Avqustun 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 231,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2810 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR