Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,7%, Nasdaq 1,7% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,7%, Nasdaq 1,7% enib
# 20 avqust 2010 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 271 bəndədək, S&P 500 1,7% - 1 076 bəndədək, Nasdaq 1,7% - 2 179 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə bir sıra mənfi makroiqtisadi göstəricilər səbəb olub. O cümlədən, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayının əvvəlki həftə ilə müqayisədə 12 min artaraq 500 minə çatması və bunun proqnozdan 20 min artıq olmasını qeyd etmək lazımdır.
Avropa fond bazarlarında avqustun 19-da FTSE 100 indeksi 1,7% - 5 211 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 572 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 075 bəndədək enib. Avropada BP-nin səhmləri 2,7%, «Royal Dutch Shell»in səhmləri 2,7%, «Total»in səhmləri 2,4%, «Barclays»ın səhmləri 1,7%, HSBC-nin səhmləri 2,7%, «BNP Paribas»ın səhmləri 2,5%, «Societe Generale»in səhmləri 3,5%, «Deutsche Bank»ın səhmləri 2,6% ucuzlaşıb.
Avqustun 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 235,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2806 (-0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR