Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,4% enib, Nasdaq 0,04% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4% enib, Nasdaq 0,04% yüksəlib
# 23 avqust 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 10 214 bəndədək, S&P 500 0,4% - 1 072 bəndədək enib, Nasdaq 0,04% - 2 180 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası bazarda satışın üstünlük təşkil etməsi təsir edib. Belə ki, ciddi makroiqtisadi və korporativ xəbərlər olmadığına görə, investorlar səhmlərin əsasən satşına meyl göstəriblər ki, bu da nəticədə səhmlərin ucuzlaşmasına səbəb olub.
Avropa fond bazarlarında avqustun 20-də FTSE 100 indeksi 0,3% - 5 195 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 526 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 005 bəndədək enib.
Avropada «Barclays»ın səhmləri 0,6%, HSBC-nin səhmləri 0,2%, «Lloyds Banking Group»un səhmləri 1,1%, «Royal Bank of Scotland»ın səhmləri 2,3%, «Societe Generale»in səhmləri 1,4%, «Deutsche Bank»ın səhmləri 0,7% ucuzlaşıb.
Avqustun 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 228,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2711 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR