Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,9% enib
# 24 avqust 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 174 bəndədək, S&P 500 0,4% - 1 067 bəndədək, Nasdaq 0,9% - 2 160 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi mənfi korporativ xəbərlərin təsiri altında baş verib.
Avropa fond bazarlarında avqustun 23-də FTSE 100 indeksi 0,8% - 5 235 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 553 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 011 bəndədək yüksəlib.
Avqustun 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 228,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2634 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR