Bank Of Baku

Dünya bazarında taxılın qiyməti artır

Dünya bazarında taxılın qiyməti artır
# 24 avqust 2010 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dünya bazarında taxılın ixracına dair dekabr müqavilələri 1 buşel üzrə 7,25 ABŞ dolları (və ya 1 kq üçün 26,9 sent) qiyməti ilə bağlanılır. «APA-Economics»in məlumatına görə, beləliklə, avqustun 23-də taxılın qiyməti 13,5 sent və ya 2% artıb.

Taxılın bahalaşmasına əsas səbəb kimi Rusiyada baş vermiş yanğınlar nəticəsində 10 mln. hektar taxıl sahəsinin məhv olması qeyd edilir. Xatırladaq ki, bunun nəticəsində Rusiya hökuməti 2010-cu ilin sonuna kimi taxılın ixracına embarqo qoyub.

Eyni zamanda analitiklərin fikrincə, ABŞ Rusiya tərəfindən təchiz olunan bazarları taxılla təmin etmək iqtidarındadır.

Qeyd edək ki, Rusiyada bu il 60 mln. ton taxılın yığılacağı gözlənilir. Daxili ehtiyatlar hazırda 21-24 mln. tona bərabərdir, daxili istehlak isə 77-78 mln. ton təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR