Bank Of Baku

Dow Jones indeksi 1,32%, S&P 500 1,45%, Nasdaq 1,66% enib

Dow Jones indeksi 1,32%, S&P 500 1,45%, Nasdaq 1,66% enib
# 25 avqust 2010 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avqustun 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,32% - 10 041 bəndədək, S&P 500 1,45% - 1 052 bəndədək, Nasdaq 1,66% - 2 124 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi mənfi korporativ xəbərlərin təsiri altında baş verib.
Avropa fond bazarlarında avqustun 24-də FTSE 100 indeksi 1,5% - 5 155,95 bəndədək, Fransa CAC-40-ı 1,8% - 3 553 bəndədək, Almaniya DAX-ı 1,3% - 5 935,44 bəndədək enib.
Avqustun 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 233,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2654 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR