Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1352, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1352, AMFBI indeksi 1,0001 təşkil edib
# 26 avqust 2010 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0054 bənd və ya 0,5% azalaraq avqust ayının 26-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1352 bənd və ya 13,5% artaraq 1,1352 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI inbdeksinin artması avqustun 25-də 4 mln. manat həcmində olan notların bir buraxılışın yerləşdirilməsi və 1,973 mln. manatlıq bir buraxılışı dövriyyədən çıxarılması nəticəsində yaranmış bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR