Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,1% enib
# 27 avqust 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 9 986 bəndədək, S&P 500 0,8% - 1 047 bəndədək, Nasdaq 1,1% - 2 119 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında bir sıra müsbət makroiqtisadi göstəricilərin açıqlanmasından sonra günün əvvəlində müşahidə olunmuş kotirovkaların yüksəlməsi «Standard&Poor’s» reytinq agentliyinin bəyanatından sonra enmə tendensiyası ilə əvəzlənib. Qeyd edək ki, agentlik bəyan edib ki, ABŞ-ın AAA səviyyəli reytinqinin saxlanılması üçün ölkə hökuməti əlavə tədbirlər görməlidir.
Avropa fond bazarlarında avqustun 26-da FTSE 100 indeksi 0,9% - 5 156 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 475 bəndədək, Almaniya DAX-ı 0,2% - 5 913 bəndədək yüksəlib. Avropada «Barclays»ın səhmləri 1,3%, «Lloyds Banking Group»un səhmləri 2,9%, «Royal Bank of Scotland»ın səhmləri 2%, HSBC-nin səhmləri 0,2%, «Credit Agricole»un səhmləri 2,7%, «Societe Generale», «BNP Paribas» və «Deutsche Bank»ın səhmləri 0,5% bahalaşıb.
Avqustun 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 237,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2718 (+0,02%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR